XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2018 - 16:41

“Foreign Policy”:"Ukraynada baş verən münaqişə demokratiya üçün sınaqdır"

ABŞ-ın məşhur “Foreign Policy” dərgisində Mixaeil  Kolborn Ukraynanın bəzi regionlarında elan olunmuş hərbi vəziyyətin ölkə demokratiyası üçün bir sınaq olduğunu yazır.

Bəzi müşahidəçilər hərbi vəziyyətin Prezident Petro Poroşenkoya sərfəli olduğunu düşünürlər. Axı, prezident seçkisinə dörd ay qalır və prezidentin reytinqi aşağıdır.

“Poroşenkonun hərbi vəziyyət elan etmək qərarı gözlənilməz addımdır, mövcud təhdidə adekvat deyil. Bu səbəbdən güman etməliyik ki, bu qərar durumdan sui-istifadəni, özünə ictimai dəstəyi gücləndirməyi hədəfləyir”, – Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzinin təhlilçiləri belə düşünürlər.

Ancaq parlament hərbi vəziyyəti 60 deyil, 30 günlüyə və Ukraynanın sərhəd bölgələrində elan etdi. “Rada prezidentə nəzarət funksiyasını yerinə yetirdi”, – London Kral Kollecində mühazirə deyən Alexander Clarkson belə deyir.

2014-cü ilin Avromeydan etirazlarında iştirak etmiş ukraynalı fəal Katerina Kruk isə dərgiyə deyib ki, bazar ertəsi baş verənlər heç də güclü və dinamik demokratiya göstəricisi deyil, amma yenə də, azından, ukraynalı siyasətçilərin bir-birilə danışa bildiyini, güzəştə getdiyini, kompromis əldə etdiyini göstərir. “Parlamentin öz mövqeyini müdafiə etməsindən məmnunam”, – Kruk söyləyib.

Ancaq müəllif yazır ki, Vervovna Radanın prezidentin səlahiyyətini balanslaşdıra bilməsini sərgiləməsinə baxmayaraq, müşahidəçilər hələ də bir məsələ üzərində baş sındırırlar – Poroşenkonun real niyyətləri, hərbi vəziyyət, hətta miqyası məhdudlaşdırılsa belə, ölkəyə nə bəxş edəcək. (azadlıq.org)