XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2018 - 20:33

Beynəlxalq müşahidəçilər:"Gürcüstanda seçkilər rəqabətli keçib, amma..."

“Gürcüstanda prezident seçkisinin ikinci turu rəqabətli keçib, amma tərəflərdən biri “aşırı imtiyazdan faydalanıb”. Bunu beynəlxalq müşahidəçilər deyir. Noyabrın 29-da yayılmış bəyanatda müşahidəçilər bildiriblər ki, “hər iki tərəfdən seçki kampaniyasının mənfi xarakteri seçki prosesinə zərbə vurub”.

ATƏT Parlament Assambleyasından beynəlxalq müşahidə missiyasının rəhbəri Marqarita Cederfelt deyib ki, gürcü xalqı seçki prosesində fəal iştirak etməklə bir daha demokratiyaya sadiq qaldıqlarını göstərdilər.

Təəssüf ki, iki tur arasındakı kampaniya zamanı kəskin ritorikadan istifadənin artması seçki mühitində gərginliyi yüksəldib”, – o, sözlərinə əlavə edib.

“Bu gün keçmişimizi yekun olaraq qətiyyətlə rədd etdik. Bu keçmiş daha çox cəmiyyətimizin güclənməsini, irəliyə getməsini, qurtuluşunu əngəlləyib. Seçimimiz dinc, azad, bütün vətəndaşlarının bərabər hüquqları olan Gürcüstandır”, – Salome Zurabişli jurnalistlərə deyib. (azadlıq.org)