XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 12:26

Yəmən münaqişəsinin həlli üzrə sülh danışıqları baş tutacaq- İsveçdə

Dekabr ayının ilk həftəsində İsveçdə Yəmən münaqişəsinin həlli üzrə sülh danışıqları baş tutacaq.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, danışıqlar mərhələsi humanitar böhran içində yaşayan Yəməndə münaqişənin həllinə töhfə verəcək.

Qeyd edilir ki, bu danışıqlar BMT-nin və İsveç hökumətinin birgə səyi nəticəsində baş tutacaq.

Xatırladaq ki, danışıqlar İsveçrənin Cenevrə şəhərində keçirilməli idi. Lakin həmin görüş münaqişə tərəflərindən biri iştirak etmədiyi üçün təxirə salınmışdı.