XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 14:41

Zurabişvili:"Məqsədim Gürcüstanı Aİ və NATO-ya aparmaqdır"

Salome Zurabişvili Avroatlantlatika inteqrasiyası məsələsində Gürcüstanın ən fəal prezidenti olmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu yeni seçilmiş prezident “BBC”yə müsahibəsində deyib.

O bildirib ki, prezident qismində o, beynəlxalq siyasət sahəsində aktiv fəaliyyət göstərəcək:

“Növbəti 6 il Avropa, Avropa İttifaqı və NATO istiqamətində hərəkət edən Gürcüstan üçün çox vacib olacaq. Bu müddət ərzində biz bu hədəflərə mümkün qədər çox yaxınlaşmalıyıq. Mən bu məsələdə ən fəal prezident olacağam. Mənim əsas məqsədim Vayra Vike-Freyberqanın Latviya ilə etdiyi kimi, Gürcüstanı Aİ və NATO-ya aparmaqdır”.

Qeyd edək ki, müstəqil namizəd Salome Zurabişvili prezident seçkilərinin ikinci turunda 59,52 faiz səs toplayaraq qalib gəlib. Yeni prezidentin andiçmə mərasimi dekabrın 16-ı baş tutacaq.