XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 14:30

Merkelin təyyarəsində yaranan nasazlıqda kriminal izi –Kansler Argentinaya adi sərnişin kimi getməli oldu (FOTO)  

Almaniya hökuməti kansler Angela Merkelin Buenos-Ayresə uçduğu təyyarədə yaranan texniki nasazlıqda kriminal izin olduğundan şübhələnir.

İnterfax informasiya agentliyi xəbər verir ki, bunu hakimiyyət strukturunda olan mənbə bildirib.

Bir qədər əvvəl “Airbus A340-300” hökumət təyyarəsinin texniki nasazlığa görə Kölnə məcburi eniş etdiyi və bu səbəbdən Angela Merkelin G20 sammitinin açılışına gecikəcəyi barədə məlumat yayılmışdı. Nəticədə Almaniya kansleri Buenos-Ayresə uçuşunu noyabrın 30-da səhər saatlarında İspaniyanın paytaxtından yerli aviakompaniyanın təyyarəsi ilə adi sərnişin kimi davam etdirib.

“Angela Merkel Argentinaya axşam saatlarında çatacaq, bu o deməkdir ki, kansler gün ərzində planlaşdırılan tədbirlərdə və görüşlərdə iştirak edə bilməyəcək”, – deyə Almaniya Nazirlər Kabinetindən bildiriblər.

“Die Rheinische Post” nəşrinin məlumatına əsasən, Merkel Köln şəhərində insidenti Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenlə müzakirə edib.