XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 04:25

Yaponiyanın baş naziri Moskva paradına qatılmaycaq

İmtina Rusiyanın Ukraynaya münasibəti ilə bağlıdır

Yaponiyanın baş naziri Sindzo Abe mayın 9-da Moskvada Qələbə paradında iştirak etməyəcək.

Strateq.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Esixide Suqa Tokioda mətbuat konfransında bildirib. Bundan əvvəl məlumat verilmişdi ki, Yaponiya baş nazirinin Qələbə paradında iştirakı barədə hələlik qərar qəbul edilməyib.

Xatırladaq ki, ABŞ, İsrail, Polşa, Litva, Latviya və Estoniya prezidentləri, Böyük Britaniya və İsveçin baş nazirləri Devid Kemeron və Stefan Leven, Norveç və Finlandiya liderləri, Avropa Şurasının sədri Donald Tusk Moskvada Qələbə paradına qatılmaqdan imtina etmişdilər. Bütün hallarda imtinanın Rusiyanın Ukrayna üzrə mövqeyi ilə bağlı olduğu bildirilib.

KXDR-nın lideri Kim çen In, Slovakiya hökumətinin başçısı, Kipr, Yunanıstan, Hindistan, GAR, Monqolustan, Vyetnam, Bosniya, Herseqovina, İslandiya, Makedoniya, Serbiya, Kuba liderləri isə parada qatılacaqlarını elan ediblər.