XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 17:33

“Mariott” hotellər şəbəkəsinə kiberhücum:500 milyon müştərinin şəxsi məlumatı yayılıb

“Marriott International” şirkətinin müştəri bazası kiberhücuma məruz qalıb.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildiriblər.

Hücum nəticəsində şirkətin 500 milyon müştərisinin şəxsi məlumatı oğurlana bilər. Hücumu həyata keçirənlər müştərilərin ad-soyadını, elektron poçt ünvanını, pasport məlumatlarını, doğum tarixini, cinsini və bəzi hallarda bank kartı nömrələrini öyənə bilər.

Qeyd olunur ki, “Starwood Hotels & Resorts”un məlumatlar bazasına qeydiyyatdan keçməyən şəxslər tərəfindən çıxış 2014-cü ildən etibarən açıq olub. Daxili araşdırmanın nəticələrinə görə, bu dövr ərzində kənar şəxslər hotellər şəbəkəsinin müştərilərinin məlumatlarını köçürüb və şifrələyiblər.

Şirkət vəziyyətin düzəldilməsi üçün addımlar atıldığını bəyan edib, amma eyni zamanda daha artıq şərh verməkdən imtina edib.