ABŞ prezidenti Donald Tramp Kerç boğazında yaranmış vəziyyətin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.
“Report” xəbər verir ki, o bunu G20 sammiti çərçivəsində Yaponiyanın baş naziri Sindzo Abe ilə keçirdiyi görüş zamanı jurnalistlərə deyib. “Baş verənlər xoşumuza gəlmir. Biz bundan narazıyıq, heç kim bundan razı deyil”, – deyə Tramp bildirib.
Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib.