XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 04:27

ABŞ qarışdı, bir ştatda fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Merilend ştatının qubernatoru Lari Hoqan Baltimor şəhərində baş verən iğtişaşlarla əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. “Associated Press” agentliyinin verdiyi məlumata görə, ABŞ Milli Qvardiyası hazırlıq vəziyyətinə gətirilib.

Hazırda Baltimor şəhərində iğtişaşların davam etdiyi bildirilir. Etirazçılar avtomobilləri yandırır, soyğunçuluq halları müşahidə edilməkdədir. Xatırladaq ki, aprelin 28-də ABŞ-ın Baltimor şəhərində polislə etirazçılar arasında toqquşmalar başlayıb. İnsidentə səbəb polis tərəfindən saxlanılan 25 yaşlı qaradərili Freddi Qreyin sonradan xəstəxanada keçinməsi olub.

Son məlumata görə, ABŞ prezidenti Barak Obama yaranmış vəziyyəti Baş prokuror Loretta Linç və Baltimor şəhərinin meri Stefani Rolinqs-Bleyki ilə müzakirə edib.

Baltimor şəhərində komendant saatı tətbiq edilib. APA-nın “The Baltimore Sun” qəzetinə istinadən verdiyi məlumata görə, bunu şəhərin meri Stefani Rolinqs-Bleyk bəyan edib. Komendant saatı axşam saat 22:00-dan səhər saat 5-ə kimi bir həftə müddətində qüvvədə qalacaq.

Xatırladaq ki, bundan əvvəl Baltimorda baş verən kütləvi iğtişaşlarla əlaqədar Merilend ştatında fövqəladə vəziyyət elan edilib.