XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 01:07

Putin və Makron Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, liderlərin görüşü Argentinada keçirilən G20 sammiti çərçivəsində baş tutub.

“Təbii ki, bizim müzakirə və birlikdə üzərində işləməli olduğumuz hələ çox şey var. G20 zirvəsi münasibətilə bu gün sizinlə söhbət etmək üçün yaranmış bu fürsətdən çox məmnunam”, – deyə Putin bildirib

Makron öz növbəsində bu fürsətin xüsusilə Suriyadakı vəziyyətə aid olduğunu bildirib: “Xüsusilə, bu, Suriydakı vəziyyətə aiddir. Biz İstanbulda çox faydalı görüşlərdən sonra vəziyyətin dəyişdiyini gördük. Xüsusilə son bir neçə gün əvvəl baş vermiş hadisələri nəzərə alsaq, bu, eynilə Ukraynadakı vəziyyətə də aiddir”.