XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 10:12

Əsgərlər ölkə tarixi və “Teymurun qanunları”ndan imtahan verəcəklər- Özbəkistanda

Özbəkistanda əsgərlər ölkə tarixi və “Teymurun qanunları” fənnlərindən imtahan verəcəklər.

AZƏRTAC xəbər verir ki, bu haqda Şavkat Mirziyoyev Özbəkistan Prezidentinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib.

Dövlət başçısı gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunaraq qeyd edib ki, hərbi qulluqçular Özbəkistanın tarixi, qəhrəmanlarımızın və sərkərdələrimizin həyatı və şücaəti haqqında biliklərə yiyələnməli, onlarla fəxr etməlidirlər.

Ş.Mirziyoyev qeyd edib ki, əsgərlər hərbi and içməzdən əvvəl mütləq Özbəkistanın tarixi və “Teymurun qanunları” fənnlərindən imtahan verməlidirlər.

Prezident qabaqcıl hərbi hissələrə böyük sərkərdələrin adlarının verilməsi, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması, məşhur sərkərdələr haqqında bədii filmlərin çəkilməsi, onlarla bağlı kitabların çap olunması haqqında Fərman da imzalayıb.