XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2018 - 10:48

Tereza Mey də Səudiyyə vəliəhdinə əl verib görüşdü –G20-nin gündəmi

G20 zirvəsinə damğasını vuran Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd bin Salmanın dünya liderləri ilə təmasları günün başlıca mövzusudur.

Strateq.az “Əl-Ərəbiyyə”yə istinadla xəbər verir ki, Cümə günü G20 zirvəsi çərçivəsində vəliəhd İngiltərə baş naziri Tereza Mey ilə görüşüb.

Şahzadə artıq iştirakçı ölkələrin bir çox liderləri ilə təmasda olub.

G20 sammitinin başlanğıcında o, Argentinanın prezidenti Maurisio Makri, Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putinlə qısa söhbətlər aparıb.

Həmçinin, Hindistanın baş naziri Narendra Modi, Cənubi Koreya prezidenti Mun Ja-in və Meksika prezidenti Enrike Penya Nieto ilə görüşüb.