XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 12:55

Trampın rezonans doğuran müsahibəsi:"Çindən sonra hədəfimizdə Avropa İttifaqıdır"

ABŞ prezidenti Donald Tramp hazırda G20 sammitinin keçirildiyi Buenos – Ayres şəhərində “Amerikanın səsi” radiosuna müsahibə verib.

Strateq.az həmin müsahibənin ən maraqlı hissələrini oxuculara təqdim edir:

Prezident Tramp müxbirin ABŞ-ın Çin və Cənubi Amerika ilə münasibətləri, Kanada və Meksika ilə yeni ticarət sazişləri barədə sullarına cavab verib və deyib ki, indi onun sayəsində Birləşmiş Ştatların bir çox başqa ölkələrlə daha sərfəli ticarət münasibətləri var.

Tramp Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşü qəfildən ləğv etməsi barədə suala cavab verərkən deyib:

“…Bilirsinizmi, açıq desəm, Ukraynada gəmilər və dənizçilərlə bağlı baş vermiş hadisənin əsnası görüş üçün çox da münasib vaxt deyildi, amma mən onunla görüşəcəyəm. Düşünürəm ki, bizim çox yaxşı münasibətlərimiz var və Rusiya və Çinlə və hamı ilə yaxşı münasibətlərimiz olacaq”.

– Necə bilirsiniz, o, Ukrayna barədə nə etmək istəyir? Dənizçiləri və gəmiləri niyə saxlayıb?

Mən onun beynindəkiləri oxuya bilmərəm. Bunu heç kim edə bilməz. O nə etmək istədiyini bilir, amma biz bəzi şeylərin baş verməsinə yol verə bilmərik, bunun iştirakçısı ola bilmərik.

ABŞ prezidenti müxbirin qlobal iqlim dəyişikliyi və qlobal iqtisadiyyat barədə sualına cavab verərkən deyib:

“Bu çox sadə məsələdir. Mən də istəyirəm ki, planetdə ən təmiz su, ən təmiz hava olsun… Amma mən, bəlkə də, məsələyə dəxli olmayan müəyyən standartlara görə ölkəni biznesdən kənarda qoya bilmərəm. Əgər Çinə, başqa ölkələrə baxsanız, görərsiniz ki, onların havası təmiz deyil və bu hava Birləşmiş Ştatların üstünə gəlir. Onda gərək onlar deyil, biz təmizliyə riayət edək. Məsələ burasındadır ki, biz ətraf mühitimizi tamamilə təmiz saxlayacağıq, lakin trilyonlarla dollar xərclıəyib başqaları üçün yaxşılıq edə bilmərik… Bilirsiniz, mənim çox sadə siyasətim var. Adı “Əvvəlcə Amerika”dır. Eyni zamanda biz bütün dünyaya yaxşı qonşu olmaq istəyirik. Lakin əvvəlcə gərək özümüzə qarşı ədalətli olaq”.

Brexit barədə

Trampa Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarı və bununla bağlı gələn həftə Britaniya parlamentində keçiriləcək səsvermə barədə də sual verilib. ABŞ prezidenti deyib ki, ümumilikdə Brexiti alqışlayır, lakin o bu işi Britaniya rəsmilərindən “bir qədər fərqli” edərdi:

“Amma onların konsepsiyası, ayrılmaq konsepsiyası yaxşıdır. Onlar öz kimlikləri, öz mühacirət qanunlarını istəyirlər. İstəmirlər ki, onlara kimsə nəyi istəməli, nəyi istəməməli olduqlarını desin”.

Müxbir bu prosesin Birləşmiş Ştatlara mümkün təsiri barədə sual verib: “Birləşmiş Ştatlar Brexitlə bağlı baş verənlərə bir növ tamaşaçıdır, yoxsa bu proses ABŞ-a təsir edəcək?”

Tramp: “Bu onların ölkəsidir və məncə, onlar etməli olduqlarını edirlər. Görək bunu parlamentdən keçirə biləcəklərmi? Bunu edə bilib-bilməyəcəklərini görmək çox maraqlıdır. Avropa İttifaqı çox sərt qrupdur. Sizə deyim ki, bu qrup bizimlə ticarətdə elə Çin qədər sərtdir. Ona görə də növbəti hədəf olacaqlar. Onlar bizimlə ticarətdə çox pis davranırlar. Onlar nəhəng sədlər qurublar. Onların öz sərhədləri rüsumsuzdur, amma başqaları ilə rüsum qoyurlar. Biz onlarla ticarətdə ildə 151 milyard dollar itirmişik. Bu barədə düşünün, danışıqları nəzakətlidir, amma bizimlə ticarətdə çox sərtdirlər. Amma biz bizə düşən payın qayğısına qalacağıq. Bunu sizə deyə bilərəm”.

Mətbuat yazmaq istəmir…

Prezident Tramp mühacirət barədə suallara da cavab verib:

“Bizim çoxlu sərhəd təhlükəsizliyimiz olacaq. Siz bizim sərhədimizə doğru gələn o karvanlarla bağlı nə etdiyimizi gördünüz. İndi onlar geri çəkilirlər, çıxıb getməyə başlayıblar. Amma bizim təhlükəsizliyimiz olacaq. Biz adamların ölkəmizə qanunsuz gəlməsinə yol verməyəcəyik. Biz ölkəyə xeyirli adamların gəlməsinə imkan yaradacağıq. Bizim adamlara ehtiyacımız var. Biz son 51 ildə işsizliyin ən aşağı faizinə nail olmuşuq. Bu ölkədə adamlara ehtiyacımız var. İndi şirkətlər bizim ölkəmizə gəlirlər. Yaponiyanın baş naziri Abe mənə deyib ki, onların iki avtomobilqayırma şirkəti gəlir. Onlar iki nəhəng zavod açacaqlar. Siz belə şeyləri eşitmirsiniz. Siz General Motors barədə eşidirsiniz. Mən General Motors şirkətində nə baş verdiyini bilmirəm. Orada tamamilə əks proses baş verir. Biz inanılmaz göstəricilər əldə etmişik. Xeyli yaxşı şeylər baş verir”.

Media məsələsinə toxunan Tramp gileylənib ki, media “onun nailiyyətləri” barədə yazmaq istəmir:

“Onlar iqtisadiyyatı yaxşı başa düşürlər. Onlar bizim necə yaxşı inkişaf etdiyimizi görürlər, amma mənə xeyri olacaq deyə bunu yazmırlar”.