XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2018 - 16:54

Təbii fəlakət Gürcüstanın bölgələrində ciddi fəsadlar törədib- FOTO

Güclü külək və qasırğa Gürcüstanda ciddi fəsadlar törədir. Dekabrın 1-də gecə saatlarında İmereti, Meqreli-Zemo (Yuxarı) Svaneti və Quriya bölgələrindən Gürcüstanın Fövqəladə Hallar Xidmətinə, ümumilikdə, 465 müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, İmereti bölgəsində ən çox ziyan Kutaisi şəhərinə dəyib. Güclü külək və qasırğa bu şəhərdə 170 evin dam örtüyünü uçurub. Yol və magistrallarda 150 ağac aşıb və nəticədə 5 avtomobil əzilərək yararsız hala düşüb.

Meqreli-Yuxarı Svaneti bölgəsində 46 evin damını külək aparıb. Elektrik şəbəkəsinə ciddi ziyan dəyib, bölgəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

Quriya bölgəsində isə əsasən ağacların aşması nəticəsində elektrik xətləri zədələnib.

Hazırda bu ərazilərdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hallar Xidmətinin 500-dən çox xilasedicisi cəlb olunub.

İki gündür davam edən aramsız yağışlar nəticəsində çaylarda sululuq artıb, bəzi bölgələrdə torpaq sürüşməsi qeydə alınıb. Yollar və körpülər dağılıb.

Güclü qar səbəbindən Gürcüstandan Rusiyaya gedən əsas magistral yolda qoşqulu və quşqusuz yük maşınlarının hərəkəti qadağan edilib.