XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 19:22

Mişel Obamanın avtobioqrafiyası bestsellerə çevrilib- ABŞ və Avropada

Mişel Obamanın “Təşəkkül” adlı avtobioqrafiyası 2018-ci ildə ABŞ-da ən çox satılan kitab olub.

AZƏRTAC xəbər verir ki, “Penguin Random House” nəşrinin məlumatına görə, satışa çıxdığı ilk həftə ərzində ABŞ-ın sabiq birinci xanımının kitabının 1,4 milyondan çox nüsxəsi satılıb.

Hazırda Birləşmiş Ştatlarda və Kanadada kitabın satışı 2 milyon nüsxəni keçib.

Mişel Obamanın kitabı artıq iki həftədir ki, “New York Times” qəzetinin iki bestseller siyahısına başçılıq edir.

Bundan başqa o, “USA Today” və “Publishers Weekly” nəşrlərinin reytinqlərində ilk yeri tutur.

“Təşəkkül” təkcə ABŞ-da deyil, ölkə xaricində də populyarlıq qazanıb.

Kitab Avropada bestsellerə çevrilib, Böyük Britaniyada isə yaşlı oxucular üçün non-fikşn əsərləri reytinqində ilk mövqedə qərarlaşıb.

Mişel Obamanın “avtobioqrafik kitabı onun uşaqlıq və yeniyetməlik dövrlərindən, həmçinin ABŞ-ın birinci xanımı (2009-2017) olduğu zamanlardan bəhs edir.

Mişel və Barak Obama memuar yazmaq barədə müqaviləni 60 milyon dollar avans müqabilində imzalayıblar.