“Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir”.
Bu sözləri Con Makkeynin ölümündən sonra onu ABŞ Senatının silahlı qüvvələr komitəsi vəzifəsində əvəz edən Ceyms İnhof deyib.
“Əgər Türkiyə F-35 proqramında qalmaq istəyirsə, Rusiyanın S-400-ündən imtina etməlidir”, – İnhof Pentaqonun Konqresə hesabatını şərh edərkən bildirib.
O qeyd edib ki, Türkiyə NATO və ABŞ-ın vacib partnyorudur və Ankara bu statusuna uyğun davranmalıdır: “Əgər Türkiyə S-400 alınması prosesini davam etdirərsə, bunun nəticələri də olacaq”.
“Blumberq” nəşrinə danışan hərbi ekspert Stiven Zaloq isə deyib ki, ABŞ və NATO S-400-lə bərabər, Türkiyəyə rusiyalı hərbi mütəxəssislərin gəlməsindən də narahatdır: “Narahatlığın digər səbəbi isə ondadır ki, S-400-ü F-35-in üzərində bu qırıcının antiradar sistemini sıradan çıxarması üçün sınaqdan keçirməyə türklər rus mütəxəssislərə imkan verə bilərlər”/Axar.az.