XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2018 - 13:05

Makrondan Parisdəki etirazçılara xəbərdarlıq:“Heç vaxt şiddəti qəbul etməyəcəyəm, amma...”

“Parisdəki hadisələrdən məsul olan şəxslər cəzalandırılacaq”.

Bunu Fransa Prezidenti Emmanuel Makron G20 sammitində keçirdiyi mətbuat konfransı zamanı deyib.

Şiddət göstərən şəxslərin məqsədinin xaos yaratmaq olduğunu söyləyən Makron ölkəsinə qayıdan kimi nazirlərlə bu məsələ ilə bağlı iclas keçirəcəyini bildirib: “Heç vaxt şiddəti qəbul etməyəcəyəm, amma qanuni tələbləri müzakirə etməyə hazıram”.

Makron zirvə çərçivəsində Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla görüşündən və müxalif jurnalist Camal Xaşuqcinin qətli barədə söhbət etməsindən də danışıb: “Məhəmməd bin Salmana “hamımız Xaşuqci cinayəti ilə bağlı detalların aydınlaşdırılmasını istəyirik” dedim. Xaşuqci cinayəti ilə bağlı aparılan istintaqa beynəlxalq mütəxəssislərin də cəlb edilməsini istədim. O da bunu diqqətə aldı”.

Qeyd edək ki, Parisdə benzinin qiymətinin bahalaşmasına görə etiraz aksiyaları keçirilir/Axar.az.