XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2018 - 19:01

“ABŞ “kürd kartı” kimi çox təhlükəli oyunla oynayır” –Lavrov

ABŞ Fəratın şərqi və Suriyanın digər bölgələrindəki fəaliyyəti ilə “kürd kartı”nı oynayır.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bu fəaliyyətlər Suriyanın ərazi bütövlüyünü pozur:

“Fəratın şərqində baş verənlər Suriyanın ərazi bütövlüyünün pozulmasıdır. Bu, hər kəsə məlumdur. ABŞ xüsusi təyinatlıları ilə müşavirlərinin olduğu Fəratın şərqi və ölkənin digər ərazilərindəki fəaliyyəti ilə “kürd kartı”nı oynayır. Bu kürd məsələsinin region ölkələrində (Türkiyə, İraq və İran) nə qədər önəmli olduğunu nəzərə alsaq, bu, çox təhlükəli bir oyundur”.

Axar.az