XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2018 - 09:26

Talibanın hərbi komandiri öldürüldü –ABŞ ordusu Əfqanıstanda əməliyyat keçirib

Əfqanıstanın cənub bölgəsində ABŞ-ın dron hücumu nəticəsində Talibanın hərbi komandiri öldürülüb.

Əfqan və Taliban Molla Əbdül Mənanın 4 tərəfdaşı ilə Helmənd vilayətinin Navzad rayonunda öldürüldüyünü bildirib. Üsyançıların bəyanatında Mənan Talibanın nəzarətində olan ərazilərin “kölgədəki vali” si adlandırıb. Sənəddə onun ölümü “böyük itki” kimi dəyərləndirilib.

Helmənd Əfqanıstanın əsas narkotik ticarəti bölgəsidir. Mənan isə Talibanın maliyyələşdirilməsinə nəzarət edirdi. Talibanın bəyanatında öldürülən liderlərinin Helməndin 95 faiz ərazisinin ələ keçirilməsində Mənanın böyük rol oynadığı bildirilir.

(Amerikanın səsi)