XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2018 - 10:15

Özbəkistan Müdafiə Nazirliyinin bayrağı və emblemi yaradılacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin Müdafiə Nazirliyinin bayraq və embleminin yaradılması haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin bayrağı göy rəngdə, düzbucaq şəkildə olacaq. Göy rəng hakimiyyət, əzəmət, ləyaqət, güc və qüdrəti təcəssüm etdirir. Bayrağın mərkəzində-üz və arxa tərəfdə Müdafiə Nazirliyinin emblemi əks ediləcək. Emblem göy haşiyəli, sarı rəngli dairədən ibarətdir. Emblemin ortasında səkkizguşəli ulduz var. Səkkizguşəli ulduz qədim Şərqdə milli arxitektura sənətinin əsas elementi olmaqla yanaşı, dövlətçiliyin, birliyin hərbi təcəssümüdür. Ulduzun mərkəzində isə böyük hökmdar və sərkərdə Əmir Teymurun at üstündə qızılı əksi təsvir olunacaq.