XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2018 - 13:33

Nigeriya Prezidenti vəfatı lə bağlı xəbəri təkzib etdi:“Ölməmişəm, bu əsl mənəm”

Nigeriya Prezidenti Məhəmməd Buxari sosial şəbəkələrdə ölümü ilə bağlı yayılan iddiaları təkzib edib.

Strateq.az Eurasia Diary-a istinadən  xəbər verir ki, bu barədə prezident Polşa səfəri çərçivəsində danışıb: “Sizi əmin edirəm ki, bu, əsl mənəm. Bu yaxınlarda 76-cı doğum günümü qeyd edəcəm və daha güclü olacağam. Şayiə yayanlar dinsiz və cahil insanlardır. Xəstə olduğum zaman bir çoxları ölümümü istəyirdi”, – prezident bildirib.

Qeyd edək ki, ötən il 5 ay İngiltərədə müalicə alan Buxarinin öldüyü, onun yerinə bənzəri Jubril adlı sudanlı bir nəfərin keçdiyi iddiaları sosial şəbəkədə sürətlə yayılıb.