XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2018 - 17:03

Baş katib:"NATO Gürcüstanın sahil mühafizəsinə kömək göstərəcək"

 “NATO Gürcüstanın Qara dənizdəki Sahil Mühafizəsi Xidmətinin və Hərbi Dəniz Qüvvələrinin inkişafına kömək göstərəcək”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Şura iclası öncəsi keçirdiyi mətbuat konfransında deyib.

“Biz Gürcüstanla birgə onun Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi, həmçinin sahil mühafizəsinin gücləndirilməsi üzərində iş aparırıq”, – deyə o bildirib.

Baş katib qeyd edib ki, sabah NATO-nun tərəfdaşı olan Gürcüstan və Ukrayna nümayəndələri ilə görüş keçiriləcək: “Gürcüstan və Ukrayna Rusiya tərəfindən ciddi təhlükəsizlik çağırışları ilə üzləşirlər. Biz hər iki ölkəyə praktiki və siyasi dəstək verməkdə davam edəcəyik”.