XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Dekabr 2018 - 22:22

Ankarada bina partladı –Yaralılar var, araşdırma aparılır

Türkiyənin paytaxtı Ankaranın Kızılay prospektindəki binalardan birinin yuxarı mərtəbəsində partlayış baş verib.

Strateq.az xəbər verir ki, partlayış binada yerləşən kafedə qeydə alınıb. Qeyd olunur ki, qaz sızması nəticəsində baş verən partlayışda 6 nəfər yaralanıb. Bina sakinləri təxliyə olunub.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb olunub. Yaranmış təhlükəli vəziyyətlə bağlı ətrafdakı iş yerləri də boşaldılıb. Qəzanın baş vermə səbəbi araşdırılır.