XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2018 - 22:47

Əlcəzair prezidenti şahzadə Salmanı qəbul etmədi –Xaşuqcinin qətlinə görə

Səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlindən sonra ilk dəfə xarici ölkəyə səfər edən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əlcəzairdə gözlənilməz sürprizlə qarşılaşıb.

Dekabrın 2-də Əlcəzairə gedən şahzadə ölkənin baş naziri Əhməd Uyahya tərəfindən qəbul edilib və hər iki şəxs təkbətək görüşüb. Bu gün isə o, Əlcəzair lideri Əbdül Əziz Buteflika ilə görüşmək istəyib. Amma prezident qrip olduğu üçün şahzadə ilə görüşməyib.

Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Xaşuqcinin öldürülməsindən sonra bu ölkəyə qarşı təzyiqlər başlayıb. Şahzadə Məhəmməd bin Salman G20 sammitindən öncə Tunisə səfər etmiş, lakin orada etirazla qarşılanmışdı. Tunislilər əllərində mişarla küçəyə çıxmışdılar.

Bundan başqa, G20-yə qatılan şahzadə sammit iştirakçılarından gözlədiyi yaxınlığı görməyib. O, yalnız Rusiya prezidenti Vladimir Putinlə zarafatlaşıb. (qafqazinfo.az)