Rusiyanın Kerç böğazında saxladığı ukraynalı dənizçilərə qarşı sərhəddi qanunsuz keçmə maddəsi ilə ittiham irəli sürülüb.
Strateq.az “Exo Moskvı” radiosuna istinadən bildirir ki, vəkillər bunu beynəlxalq hüquqa zidd olduğunu deyiblər: “FTX-nın bu mövqeyi beynəlxalq hüquqla daban-dabana ziddir”-deyə ittiham olunan dənizçilərdən birinin vəkili Nikolay Polozov bildirib.
Vəkilin sözlərinə görə, 50 rus vəkili saxlanılan ukraynalı dənizçilərin maraqlarını məhkəmədə qorumağa hazır olduqlarını bəyan ediblər.