XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2018 - 17:28

Ukrayna sularında sərhəd gəmiləri və katerləri tam döyüş vəziyyətinə gətirilib –DSX rəisi

Ukrayna sularında sərhəd gəmiləri və katerləri tam döyüş vəziyyətinə gətirilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin sədri Petr Tsirikala məlumat verib.

O deyib ki, güclərin birləşdirilməsi üçün Dəniz Regional İdarəsi yaradılıb: “Demək olar ki, ekipaj üzvlərinin hamısı Ukrayna sularındadır”.

Xatırladaq ki, Ukrayna Ali Radasının qərarı ilə noyabrın 26-dan etibarən Odessa, Sumı, Xarkov, Nikolayev, Çerniqov, Vinnitsa, Luqansk, Herson, Donetsk, Zaporojya vilayətlərində, həmçinin Azov dənizində 30 gün müddətinə hərbi vəziyyət elan edilib. Bu barədə qərar Rusiya silahlı qüvvələrinin Kerç körfəzində Ukraynaya məxsus gəmilərə silahlı müdaxiləsindən sonra verilib/Azərtac.