XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2018 - 22:25

“Qanunsuz miqrasiya ABŞ-a ildə 250 milyard dollar ziyan vurur” –Tramp "Demokratlar"ı ittiham etdi

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrasiyanın sərhəd mühafizəsinə çəkilən məsrəfdən qat-qat baha başa gəldiyini açıqlayıb.

O, “Twitter”dəki səhifəsində yazıb: “Ölkəmizin qanunsuz miqrasiya üzündən hələ dəhşətli narkotiklərin axınını nəzərə almasaq, ildə 250 milyard dollar itirdiyini səslərinə möhtac olduğumuz demokratlara kimsə başa sala bilərmi? Sərhəd mühafizəsi isə divar inşası da nəzərə almaq şərtilə 25 milyard dollaradır”.

Dövlət başçısı, həmçinin sərhəd mühafizəsinə çəkilən xərclərin “iki aya özünü doğrultduğunu” vurğulayıb/Report.