XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

05 Dekabr 2018 - 12:56

Bayden özünü ABŞ prezidenti vəzifəsinə ən layiqli namizəd sayır- Keçmiş vitse-prezident 2020-dəki seçkilərə qatılacaqmı?

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden deyib ki, o, ABŞ Prezidenti vəzifəsinə “ən layiqli namizəddir”.

AZƏRTAC xəbər verir ki, Bayden bu bəyanatı böyük oğlu, 2015-ci ildə baş beyin xərçəngindən dünyasını dəyişmiş Cozefin xatirəsinə həsr edilmiş “Mənə söz ver, ata” turu çərçivəsində Montana Universitetində çıxışında səsləndirib.

Bayden daha sonra deyib ki, 2020-ci ildə prezident seçkilərində onun iştirak edib-etməyəcəyi ailəsinin bu sınaqdan keçməyə hazırlıq dərəcəsindən asılı olacaq.

2020-ci ildə Baydenin 78 yaşı olacaq. Sabiq vitse-prezident öz bəyanatını belə əsaslandırıb ki, o, ölkə qarşısında duran məsələlərlə, o cümlədən orta sinfin ağır vəziyyəti və xarici siyasət ilə yaxşı tanışdır və bu sahədə zəngin təcrübəsi var.