XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 13:53

Bəşər Əsəd:“Qərbin İŞİD-ə dəstək verməkdə məqsədi müstəqil mövqeyi olan dövlətləri zəiflətməkdir”

“İŞİD terrorçularının Suriyaya göndərilməsi və Qərbin onlara dəstək verməsi Qərbin planları qarşısında dayanan və səs müstəqilliyinə malik olan ölkələrin zəiflədilməsi deməkdir”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Şimali Koreyanın xarici işlər naziri Ri Yon Ho ilə görüşü zamanı deyib. Əsəd qeyd edib ki, Qərbin planlarının uğursuzluğu, Suriya və Şimali Koreya kimi müstəqil ölkələrin müqaviməti beynəlxalq arenanı dəyişə bilər.

Bu, ötən dörd ildə Şimali Koreyanın xarici işlər nazirinin Suriyaya ilk səfəridir.  Ri Yon No deyib: “Şimali Koreyanın, Suriyanın, eləcə də xarici müdaxiləni və hegemon siyasətləri qəbul etməyən bütün ölkələrin düşmənləri müştərəkdir”.

Suriya prezidenti və Şimali Koreyanın xarici işlər naziri iki ölkənin əlaqələri və bu əlaqələrin gücləndirilməsi yolları ətrafında da fikir mübadiləsi aparıblar.