XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 15:33

Avropa Komissiyasından müraciət- Avropa İttifaqı ölkələrini BMT-nin Miqrasiya Paktını imzalamağa çağırıb

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrini BMT-nin Miqrasiya Paktını imzalamağa çağırıb.

AZƏRTAC xəbər verir ki, təhlükəsiz, ardıcıl və müntəzəm miqrasiya barədə saziş dekabrın 10-da Mərakeşdə qəbul olunmalıdır. Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə Avropa komissarı Dimitris Avramopulos bildirib ki, bütün Aİ ölkələri bu sazişi imzalamalıdır. Diqqətə çatdırıb ki, saziş bütün Aİ ölkələrinin maraqlarını təmin edir və qeyri-qanuni miqrasiyanın qarşısını alacaq.

Qeyd edək ki, saziş miqrasiya prosesi zamanı mənfi halların azaldılması, miqrantların müdafiəsi və inteqrasiyası, müntəzəm miqrasiyanın əlçatanlığı və digər məsələləri özündə birləşdirir. Avropa İttifaqına sədrlik edən Avstriya oktyabrın sonunda sazişi imzalamayacağını bəyan etmişdi. Avstriyanın ardınca Çexiya, Bolqarıstan, Macarıstan, Polşa, İsrail, İsveçrə və Avstraliya eyni bəyanatı vermişdilər. ABŞ miqrasiya sazişi barədə müzakirələrdən hələ 2017-ci ildən çıxaraq yeni sənədin ölkənin miqrasiya siyasəti ilə düzgün gəlmədiyini bildirmişdi.