XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 18:12

İraqın neft naziri:"Neft hasilatının azaldılmasına dair yekdil rəyə gəlmək barədə söhbət açmaq hələ tezdir"

“OPEC+ ölkələrinin neft hasilatının azaldılmasına dair yekdil rəyə gəlməsi barədə söhbət açmaq hələ tezdir”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Tamər əl-Qədban deyib.

“Qarşıda görüləcək hələ çox işimiz var. Məsələnin həll olunduğunu demək hələ tezdir”, – deyən nazir razılığın əldə olunacağına ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, dekabrın 5-də Vyanada OPEC+in Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda saziş üzvü olan ölkələrin bazarı balanslaşdırmaq üçün neft hasilatını azaltmalı olub-olmamasına dair tövsiyələr veriləcək. Dekabrın 6-da bu tövsiyələr OPEC konfransında, ardından isə dekabrın 7-də bütün OPEC+ ölkələri tərəfindən müzakirə olunacaq.