XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 19:40

Kabillə “Taliban” arasında birbaşa danışıqlar baş tuta bilər- İlin sonunadək

Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında birbaşa sülh danışıqları ilin sonuna qədər və ya növbəti ildə baş tuta bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Əfqanıstan Ali Sülh Şurasının rəsmi nümayəndəsi İhsan Taherinin sözlərinə görə, görüş zamanı əsasən ölkədə sülhün bərqərar olması məsələsi müzakirə ediləcək.

İhsan Taheri hökumətin ölkə ərazisində fəaliyyət göstərən müxtəlif qruplaşmalar arasında Əfqanıstanın gələcəyini nə üçün məhz “Taliban” hərəkatı ilə müzakirə etmək istədiyi sualına belə cavab verib: “Digər qruplaşmalardan fərqli olaraq, taliblər Əfqanıstanın silahlı müxalifətini təmsil edir”.

Əfqanıstanda vətəndaş müharibəsi tərəfləri arasında danışıqlar müxtəlif formatlarda aparılır. Noyabrın 9-da qapalı formatda baş tutan yüksək səviyyəli beynəlxalq görüşdə ilk dəfə olaraq “Taliban” hərəkatının Dohada yerləşən siyasi ofisinin nümayəndələri iştirak ediblər.a