XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 20:44

İran su ehtiyacını Xəzərin hesabına ödəyəcək –Ruhanidən açıqlama

İran parlamentinin 15 deputatı Məclis sədrinə istefa ərzilərini təqdim edib.

Strateq.az İran KİV-lərinə istinadən xəbər verir ki, büdcə müzakirələri zamanı İsfahan şəhərinin su problemləri ilə bağlı maliyyə vəsaitlərinin ayrılmaması bir qrup millət vəkilinin kəskin etirazına səbəb olub.

Nəticədə, şəhərin yerləşdiyi vilayəti təmsil edən deputatların hamısı istefa ərizəsini parlament sədri Əli Laricaniyə təqdim edib.

Yeri gəlmişkən, ölkənin üzləşdiyi su qıtlığı ilə bağlı İran rəhbərliyi bir-birindən iddialı planlar təklif edir. Onlardan biri də Xəzər dənizinin suyu hesabına ölkənin şimal-qərb vilayətlərinin gündəlik su ehtiyaclarını təmin etməkdir.

Bu barədə doğulduğu Simnan əyalətinə səfəri əsnasında prezident Həsən Ruhani açıqlama verib.