XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2018 - 20:35

Ermənistanda keçmiş prezidentin qudasının əmlakına həbs qoyulub- Bank hesabları dondurulub

Ermənistandakı “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin keçmiş direktoru, sabiq Prezident Serj Sarqsyanın qudası Ara Minasyana məxsus bank hesabları dondurulub, əmlakına isə həbs qoyulub.

Bu barədə Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl verilən məlumata görə, 2016-cı ildən 2017-ci ilin sentyabr ayınadək sənədləri saxtalaşdırmaq yolu ilə keçmiş direktor tibb mərkəzi ilə Səhiyyə Nazirliyi arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilən “Dövlət idarə və təşkilatları işçilərinə sosial zərflər verilməsi” proqramı üçün dövlət büdcəsindən ayrılan külli miqdarda maliyyə vəsaitlərini ələ keçirib. Bununla bağlı cinayət işi başlanmışdı/Report.