XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2018 - 21:33

Tramp:"Ümidvaram ki, OPEC neft tədarükünü hazırkı səviyyədə saxlayacaq"

ABŞ Prezidenti Donald Tramp OPEC-in neft tədarükünün həcmini azaltmayacağına ümidvar olduğunu bildirib.

“Report” xəbər verir ki, dövlət başçısı bu barədə “Twitter” səhifəsində yazıb.

“İnanıram ki, OPEC neft tədarükünü məhdudlaşdırmayaraq hazırkı səviyyədə saxlayacaq. Dünya neftin daha yüksək qiymətlərini görmək istəmir, buna ehtiyac duymur”, – D.Tramp qeyd edib.