XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 07:02

ABŞ-ın sabiq prezidenti Corc Buş Texasda dəfn edilib- FOTO

ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) dəfn edilib.

“Report” xəbər verir ki, bu barədə Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqrat özünün “Twitter” səhifəsində bildirib.

O, qeyd edib ki, eks prezident Texasda torpağa tapşırılıb.

“Amerika Birləşmiş Ştatlarının qırx birinci prezidenti Corc Herbert Uoker Buşun son mənzili Buş kitabxanasının ərazisi olub”, – deyə o qeyd edib.

Qeyd edək ki, Corc Buş (ata) bir neçə gün bundan əvvəl 94 yaşında vəfat edib. Corc Buş Kollec-Steyşen şəhər universitetinin onun adını daşıyan prezident kitabxanasının ərazisində dəfn olunub. Sabiq dövlət başçısı ailə üzvlərinin – 7 ay əvvəl vəfat etmiş xanımı Barbaranın və 1953-cü ildə 3 yaşında dünyasını dəyişmiş qızı Robinin məzarlarının yanında torpağa tapşırılıb.