XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 10:09

BMT-nin keçmiş baş katibidəfn edildi

14558213531899942024_1000x669

 

Görkəmli siyasi xadim, BMT-nin keçmiş baş katibi Butros Butros-Qali hərbi ehtiramla Qahirədə dəfn edilib. Dəfn mərasiminə Misirin prezidenti Əbdülfəttah əs-Sisi başçılıq edib.

 

Mərhum siyasətçinin tabutunu “Əl-Muşir Tantaui” meydanından ölkə rəhbərliyinin, Misirin tanınmış ictimai xadimlərinin və ruhanilərin müşayiət etdiyi artilleriya qoşqusunda keçiriblər. Dəfn mərasimində prezident qvardiyasının qarovulu iştirak edib, ölkənin himni səslənib.

 

Dünya siyasətinin rəmzlərindən biri olmuş Butros Butros-Qali uzun sürən xəstəlikdən sonra 93 yaşında vəfat edib. O, tarixdə Ərəb Dünyasının BMT baş katibi vəzifəsində olmuş ilk nümayəndəsi və BMT sülhyaratma missiyasının yaxşılaşdırılması üzərində fəal iştirak etmiş tanınmış siyasi xadim kimi iz qoyub. Dünya şöhrətli diplomat BMT-nin altıncı baş katibi olaraq 1992-ci ildən 1996-cı ilədək bu vəzifəni tutub(Azərtac).