XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 15:41

Harvard Universiteti Malalanı mükafatlandırdı –Talibanın sui-qəsdinə məruz qalan qızın daha bir uğuru

Birləşmiş Ştatların Harvard Universiteti pakistanlı Nobel Sülh mükafatı laureatı Malala Yusufzayı qızların təhsil alması üçün gördüyü işə görə mükafatlandırıb.

Dekabrın 6-da Harvardın Kenned Məktəbi Malalaya “Gleitsman” mükafatını təqdim edib.

21 yaşlı Malala hələ yeniyetmə ikən öz ölkəsində Talibanın sui-qəsdinə məruz qalmışdı.

Malala zülmə məruz qalan qadınların və qızların güclü və mətanətli olması üçün çıxış edir”, – Harvard Kennedi Məktəbinin professoru, İctimai Liderlik Mərkəzinin direktoru David Gergen deyib. 125 min dollarlıq mükafat dünyada həyatın keyfiyyətini artırmağı hədəfləyən işə görə verilir.

Hazırda Britaniyanın Oksford Universitetinin tələbəsi olan Malala uşaqların təhsilini dəstəklədiyinə görə 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. (azadliq.org)