XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 20:30

Prezident Lenin Vikiliks rəhbərinin səfirliyi tərk etməsini istəyir:“Səfirliyimizdə qalmasından məmnun deyiləm”

Ekvadorun prezidenti Lenin Moreno Culian Assanja ölkənin Londondakı səfirliyini tərk etməsi üçün təzyiq göstərir. WikiLeaks-in təsisçisi artıq altı ildir orada sığınacaqda yaşayır.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, Moreno cümə axşamı radio müsahibəsində bildirib ki, onun höküməti Britaniya hökümətindən avstraliyalı aktivisti ölüm cəzası ilə üzləşəyi heç bir ölkəyə ekstradisiya etməyəcəyinə dair yazılı təminat alıb.

“Hər kəs mənim nə üçün cənab Assanjla bağlı ictimai çıxışlar etdiyimi bilir. Mən cənab Assanjın Ekvador səfirliyində qalmasından məmnun deyiləm. Lakin biz onun insan haqlarına hörmət etmişik. Bunu nəzərə alaraq biz inanırıq ki, altı il bir insanın səfirlikdə məhbus kimi yaşaması üçün kifayət qədər uzun müddətdir. Onun bizim səfirlikdə gördüyü münasibət çox gözəl olub və cənab Assanjın orada qalması bizə 1 milyon ABŞ dollarına başa gəlib”, Moreno bildirib.

Moreno Assanjı zorla qovmayacağını deməyib, lakin Assanjın hüquqi komandasının növbəti addımları nəzərədən keçirdiyini söyləyib.

Assanj uzun zamandır vebsaytında məxfi hökümət məlumatlarını yerləşdirdiyinə görə Birləşmiş Ştatlarda ictimaiyyətə açıqlanmayan ittihamlarla üzləşdiyini bildirir.