XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 21:20

Paris meri sabahkı etiraz aksiyaları ilə bağlı müraciət yaydı:“Ehtiyatlı və təmkinli olun!”

Fransanın Paris şəhərinin meri Ann Hidalqo “Sarı jiletlilər”in dekabrın 8-nə nəzərdə tutulan etiraz aksiyası ərəfəsində hamını təmkinli və ehtiyatlı olmağa, qarşılıqlı hörmətə çağırıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, paytaxt rəhbəri “Paris bütün fransızlarındır, Parisin qayğısına qalın”, – deyə vurğulayıb.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən “Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib.