XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2018 - 10:21

İtaliyada konsert yasa döndü- Ölənlər və çoxsaylı yaralılar var

İtaliyanın Ankona şəhərində klubların birində baş vermiş izdiham 6 nəfərin ölümünə səbəb olub. Trend-in məlumatına görə, hadisə rep konserti zamanı baş verib.

İzdiham nəticəsində 100-dən çox şəxs xəsarət alıb. Onlardan 12 nəfərinin vəziyyəti ağırdır .

Qeyd olunur ki, konsert zamanı kiminsə gözyaşardıcı qaz sıxması panikaya səbəb olub.

Həlak olanlardan 5 nəfəri yeniyetmə olub. Bildirilir ki, konsert zamanı klubda təxminən min nəfər olub.