XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2018 - 12:22

Evlənməyə hazırlaşan gənclərə ailə həyatının əsasları öyrədiləcək- Özbəkistanda

Daşkənddə “Evlənməyə hazırlaşan gənclər üçün innovasiya məktəbi” açılıb.

AZƏRTAC xəbər verir ki, məktəbin təsisçiləri “Oila” Tədqiqat Mərkəzi, Gənclər İttifaqının Mərkəzi Şurası və Özbəkistan Qadınlar Komitəsidir.

Məktəbdə gələcək gəlinlərə və bəylərə ailə münasibətlərinin mənəvi əsasları, ailə təsərrüfatı və büdcə, ailədə sosial mühit, nikah əlaqələri və sağlam həyat tərzi haqqında məlumat verilir.

Gənclərə, həmçinin ailədə yaranan münaqişələrin həlli yolları öyrədilir. Onlar hüquqi münasibətlərlə tanış olurlar. Gənclər öz istəkləri ilə treninqlərə də qoşula və fərdi qaydada mütəxəssislərdən məsləhət ala bilirlər.

Məktəbin yaradılmasından məqsəd nümunəvi və möhkəm ailələrin sayını artırmaqdır.