XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2018 - 14:05

Baş nazir:"Moldovanın problemi məmurların məsuliyyətsizliyi və zəif idarəçilik sistemidir"

Moldovanın problemi maliyyə vəsaitinin azlığı deyil, məmurların məsuliyyətsizliyi və zəif idarəçilik sistemidir.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu fikri vətəndaşlarla görüşündə Moldovanın Baş naziri Pavel Filip söyləyib. Baş nazirin sözlərinə görə, su təchizatı və kanalizasiya sistemlərinin olmaması, tullantıların idarə edilməməsi, yolların pis olması əsas problemlərdəndir.

P.Filip, həmçinin yaxın vaxtlarda əhalinin yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, həmçinin qatı tullantıların idarə edilməsi sistemlərinin əsas planlarını təsdiq edəcəklərini vurğulayıb.

Baş nazir müəllimlərin maaşlarının təxminən 23 faiz artmasına toxunaraq, hökumətin müəllim heyətini dəstəkləməyə davam edəcəyini söyləyib. Bildirib ki, Moldovada güclü təhsil sistemi yaradılarsa, ölkə zəngin və firavan ola bilər.