XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2018 - 14:25

Rusiya hökuməti gələn il xarici vətəndaşlar üçün iş yeri kvotasını təsdiqləyib- Fərman imzalanıb

Rusiyanın baş naziri Dmitri Medvedyev 2019-cu ildə xarici vətəndaşlar üçün iş yeri kvotasının təsdiq edilməsi ilə bağlı fərman imzalayıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Fərmana əsasən, gələn il Rusiyada əcnəbilər üçün 144 583 yer ayrılacaq. Bu rəqəm ölkənin əmək bazarının xarici işçi qüvvəsinə olan tələbatı əsasında müəyyən edilib və bu illə müqayisədə 19% azdır.