XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2018 - 15:28

Slovakiya və Ermənistanın XİN başçıları Milanda görüşüblər- Qarabağ münaqişəsinin tənzimlənməsi yollarını müzakirə ediblər

Slovakiyanın xarici işlər naziri Miroslav Layçiklə Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icra edən Zöhrab Mnatsakyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsini müzakirə ediblər.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bidirilib ki, müzakirə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən illik 25-ci toplkantısı çərçivəsində reallaşıb.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən Slovakiya ATƏT-ə sədrlik edəcək. Ölkənin xarici işlər naziri isə təşkilatın fəaliyyətdə olan sədri olacaq.