XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2018 - 16:26

Tehranda “Terrora qarşı mübarizə” konfransı işə başlayıb- Rusiya, Türkiyə, Çin, Əfqanıstan, Pakistan və İran parlamentləri sədrlərinin iştirakı ilə

Bu gün Tehranda Rusiya, Türkiyə, Çin, Əfqanıstan, Pakistan və İran parlamentlərinin sədrlərinin iştirakı ilə “Terrora qarşı mübarizə” adlı ikinci konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında İran Prezidenti Həsən Ruhani çıxış edərək terrora qarşı mübarizədə birgə səylərin zəruriliyini vurğulayıb. Bildirib ki, region dövlətləri səylərini birləşdirməsə terror təşkilatları asanlıqla ölkələrin ərazisinə girərək mənfi fəaliyyətə başlayacaqlar. Nə qədər ki, gec deyil, birgə fəaliyyətə başlamaq lazımdır.

Konfransda adı çəkilən dövlətlərin parlament sədrlərinin məruzələri dinləniləcək və müzakirələr aparılacaq. Spikerlər terrora qarşı mübarizə istiqamətində birgə strategiyanın müəyyənləşdirilməsi üzərində iş aparacaqlar.

Xatırladaq ki, birinci konfrans yuxarıda adı çəkilən 6 ölkənin parlament sədrlərinin iştirakı ilə ötən il İslamabadda keçirilib.