ABŞ Dövlət Departamenti bəyan edib ki, noyabrın 24-də Suriyada törədilən kimyəvi hcumda silahlı müxalifətin əli yoxdur. Dövlət Departamenti bu hücuma görə prezident Bəşəra əsəd rejimi və Rusiya hərbçilərini günahlandırır.
Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Robert Palladinonun dekabrın 7-də yaydığı bəyanatında deyilir ki, İdlibdə atəşkəs rejimini pozmaq üçün bu hücumu Rusiya və Əsəd rejimi törədib.
Suriya rejimi isə həmin hücuma görə üsyançıları günahlandırır. Suriyanın SANA agentliyinin məlumatına görə, hücum zamanı 104 nəfər xəsarət alıb. Amma itki olmayıb.
Rusiyanın Müdafiə Nazirliyi də iddia edir ki, atəş silahlı müxalifətin nəzarətində olan ərazidən açılıb.
Amma müxalifət qüvvələri bu ittihamı rədd edir və hesab edirlər ki, Suriya rejimi bunu bəhanə edərək İdlib əyalətinə hücuma keçmək istəyir.
(Azadlıq radiosu)