XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2018 - 18:03

Brüsseldə “sarı jiletlərlə” polis arasında toqquşma baş verib- FOTO

Brüsseldə “sarı jiletlərin” etiraz aksiyası ilə bağlı vəziyyət kəskinləşib. Etirazçılar paytaxtın mərkəzində yerləşən və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qorunan hökumət müəssisələrinin yerləşdiyi rayonuna – “neytral zonaya” daxil olmağa cəhd göstəriblər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, iğtişaşların gedişində 100-dən çox fəal saxlanılıb.

Polislə etirazçıların ilk toqquşması Avropa İttifaqı idarələrinin yaxınlığındakı Montuaye küçəsində baş verib. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz işlədib.

Hazırda şəhərin digər rayonlarında etiraz aksiyaları davam edir.