XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 December 2018 - 18:57

Xristian-Demokrat İttifaqının yeni baş katibi seçilib

Xristian Demokratik İttifaqının (XDİ) “Junge Union” gənclər təşkilatının rəhbəri Paul Ziemiak partiyanın baş katibi postunda Anneqret Kramp-Karrenbauerin xələfi olub.

AZƏRTAC xəbər verir ki, “Zeit” nəşrinin yaydığı məlumata görə, Ziemiak XDİ-nin Hamburqda keçirilən qurultayın gedişində partiyanın baş katibi seçilib. Onun bu posta namizədliyini dekabrın 8-də Almaniya kansleri Angela Merkelin əvəzinə partiyanın sədri seçilən Kramp-Karrenbauer şəxsən irəli sürüb.

Xatırladaq ki, 2005-ci ildən Almaniya hökumətinə rəhbərlik edən Angela Merkel bir müddət əvvəl partiyanın Hamburqda keçirilən qurultayda bildirmişdi ki, XDİ sədri postuna namizədliyini irəli sürməyəcək, həmçinin 2021-ci ildə kansler seçkilərində iştirak etməyəcək.