XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2018 - 19:58

Kanada səfiri Çin XİN-ə çağırılıb- “Huawei” məsələsinə görə

Kanadanın Pekindəki səfiri Con MakKallum “Huawei” şirkətinin maliyyə direktoru xanım Men Vancounun Vankuverdə saxlanılması ilə əlaqədar Çinin Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC Çin XİN-in bəyanatına istinadla xəbər verir ki, nazir müavini Le Yuçen məsələ ilə bağlı ölkəsinin rəsmi etirazını Kanada səfirinə bildirib. “Huawei” şirkətinin maliyyə direktorunun dərhal sərbəst buraxılmasını tələb edən Çin rəsmisi, əks halda Kanadanın ağır nəticələrlə üz-üzə qalacağını səfirin diqqətinə çatdırıb.

Qeyd edək ki, “Huawei”in maliyyə məsələləri üzrə direktoru və şirkətin təsisçisi Jen Cenfeyin qızı Men Vancou dekabrın 1-də ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb. Çin tərəfi buna etirazını bildirib.